"Partizan" - "Sabah" matçına ən ucuz bilet bu qiymətədir

"Partizan" - "Sabah" matçına ən ucuz bilet bu qiymətədir

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Partizan" - "Sabah" oyununun biletləri satışa çıxarılıb.

Fanat.Az xəbər verir ki, bu barədə Belqrad  təmsilçisisinin "Facebook" səhifəsi məlumat yayıb.

Ən ucuz biletin qiyməti 299 Serbiya dinarı, təxminən 4,73 manatdır. 

Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Partizan" "Sabah" qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tərəflər arasında ilk oyun Masazırdakı "Bank Respublika Arena"da keçirilib və "bayquşların" 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər