İngiltərənin təsnifatca ikinci divizionu sayılan Çempionşipdə çıxış edən "Bornmut" klubu 41 yaşlı yerli mütəxəssis Skot Parkerin (Scott Parker) başçılığı altında turnirin tarixində ən yaxşı starta sahib olub.
Fanat.Az xəbər verir ki, 15 turdan sonra komanda 11 oyunda qalib gəlib, 4 görüşdə isə heç-heçə edib. Bu nəticə ilə "Bornmut" Çempionşipin tarixinə ən yaxşı start götürən komanda kimi düşüb.
Xatırladaq ki, "Bornmut" hazırda 37 xalla turnir cədvəlinə başçılıq edir.
Emin Şəmsiyev