Paris-2024: Yarımfinalda iki azərbaycanlı qarşılaşacaq

Paris-2024: Yarımfinalda iki azərbaycanlı qarşılaşacaq

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət 1/4 finalda moldovalı Valentin Petiçlə qarşılaşıb.

3:1 hesablı qələbə qazanan Cəfərov yarımfinala yüksəlib. O, yarımfinalda Ukraynanı təmsil edən azərbaycanlı Pərviz Nəsibovla güləşəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər