Paris-2024: Maqomedxan Azərbaycana 7-ci medalı qazandırdı

Paris-2024: Maqomedxan Azərbaycana 7-ci medalı qazandırdı

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Fanat.Az xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançımız üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçelidze ilə üz-üzə gəlib.

Görüş təmsilçimizin 8:0 qələbəsi ilə yekunlaşıb. Bununla da Maqomedov ölkəmizin aktivinə növbəti bürünc medalı yazdırıb.

Qeyd edək ki, bununla da Paris-2024-də yer alan idmançılarımızın çıxışları başa çatıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər