Paris-2024: Bu gün Azərbaycanın iki yunan-Roma güləşçisi mübarizəyə başlayacaq

Paris-2024: Bu gün Azərbaycanın iki yunan-Roma güləşçisi mübarizəyə başlayacaq

Bu gün Parisdə keçirilən Yay Olimpiya Oyunlarında daha iki idmançımız mübarizəyə başlayacaq.

Fanat.Az-ın məlumatına görə, yunan-Roma güləşi üzrə yarışlarda Sabah Şəriəti və Murad Məmmədov ilk görüşlərinə çıxacaqlar.

Şəriəti 130 kq çəki dərəcəsində estoniyalı Heyki Nabi ilə üz-üzə gələcək.

Məmmədov isə 60 kq çəki dərəcəsində Venesueladan olan Rayber Joze Rodriges Orosko ilə güləşəcək.

Hər iki güləşçi yarışa 1/8 final mərhələsindən qoşulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər