Paredes "Roma" ilə bağlı qərarını verdi

Paredes "Roma" ilə bağlı qərarını verdi

"Roma" ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq yarımmüdafiəçi Leandro Paredesin gələcək planları açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanə şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Məlumata görə, 2023-cü ildən "canavarlar"ın formasını geyinən orta xətt oyunçusu paytaxt komandasında qalmaqda maraqlıdır. Mənbə Paredesin baş məşqçi Klaudio Ranyerinin rəhbərliyi altında oynamaq istədiyini vurğulayıb. Klub rəhbərliyinin də argentinalı oyunçu ilə müqavilə yeniləmək variantına müsbət yanaşdığı diqqətə çatdırılıb. 

Xatırladaq ki, daha öncə PSJ və "Yuventus"un da formasını geyinmiş Paredes cari mövsüm bütün turnirlərdə 13 matça çıxaraq 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 30 yaşlı futbolçunun transfer qiymətini 5 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər