Paraqvaylı yarımmüdafiəçi Bakı klubuna "hə" demir- SƏBƏB

Paraqvaylı yarımmüdafiəçi Bakı klubuna "hə" demir- SƏBƏB

"Zirə" paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollini razı sala bilmir. Fanat.Az-a verilən məlumata görə orta xətt oyunçusunu heyətdə saxlamaq istəyən "qartallar"ın təklif etdiyi əməkhaqqı cənubi amerikalının arzuladığıyla üst-üstə düşmür.

Məhz buna görə də Meza Kolli qəsəbə təmsilçisinin yeni müqavilə təklifinə müsbət cavab vermir. Yarımmüdafiəçinin xidmətində bir neçə xarici klubun maraqlı olması zirəlilərin işini daha da çətinə salıb. O, ölkəmizi Avroliqada təmsil etmək hüququ qazanan klubda qalmağı son variant sayır. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər