Milinko Pantiç "İnter"lə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"nın serb baş məşqçisi futbolçularını igid adlandırıb:
"Bu cür oyundan sonra nə deyəcəyimi bilmirəm. Tarix yenə təkrarlandı. Bu oyunda 2 xal itirdik. Əsas heyətin bəzi oyunçuları yox idi, lakin 5 təmiz qol epizodu yaratdıq. Rəqib isə bir dəfə qapımıza doğru gəldi və onda da qol vurdu. Rəqibi hər cəhətdən üstələdik, oynamaq istəmirlərsə, nə edə bilərik? Rəqib məşqçinin taktikasına hörmətlə yanaşıram. Çempionat asan deyil, “Sumqayıt” “Neftçi”ni məğlub etdi, zəif rəqib yoxdu. Bütün futbolçularım igiddilər".
Fanat.az