Pantiç AFFA-nın qərarını lağa qoydu

Pantiç AFFA-nın qərarını lağa qoydu
Milinko Pantiç "Qəbələ" ilə oyunla (1:1) fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"nın baş məşqçisi İcraiyyə Komitəsinin son qərarını lağa qoyub:
"Çətin oyun oldu, çempionatın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Seçim üçün çox oyunçumuz yoxdu. Rauf Əliyevin zədələnməsi bizi üzdü. Daniel Subotiç mükəmməl qol vurdu. Məğlub olmadığımıza sevinirəm. İki xal itirdiyimizə də üzülürəm. Qarşıda “Rəvan”la kubokun cavab oyunu var. Komandaların aşağı liqaya düşməyəcəyi haqqında qərar onlarda arxayınlıq yaratdı. Eşitdim ki, Zaqatalaya əsas oyunçularını aparmayıblar. Çempionat ərzində çoxlu yoldaşlıq oyunları görəcəyik. Bizdə hücumçu çatışmazlığı var, bunu hamı görür. Rauf hər oyunda meydana çıxır, yaxşı oyunçudu. Hər hansı bir qərar verəndə həmişə idman tərəfini də düşünmək lazımdı”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər