Oyunçusu "Milan"a qayıtmayacaq

Oyunçusu "Milan"a qayıtmayacaq

Hazırda "Atalanta"da icarə əsasında çıxış edən "Milan"ın yarımmüdafiəçisi Şarl de Ketelare Berqamo klubunda qala bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "Football-Italia" məlumat yayıb. 

"Atalanta" rəhbərliyi 22 yaşlı oyunçunun müqaviləsindəki birdəfəlik transfer etmək imkanından yararlanacaq. Şarlın keçidi kluba 22 milyon avroya başa gələcək. Daha dörd milyon isə bonus olaraq verilir. 

Yarımmüdafiəçi bu mövsüm "Atalanta"nın heyətində bütün yarışlarda 26 oyun keçirib. Ketelare bu görüşlərdə 9 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun "rossonerilər"lə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər