"Çox üzücüdür" - Qabbiya "Milan"ın məğlubiyyətini şərh etdi

"Çox üzücüdür" - Qabbiya "Milan"ın məğlubiyyətini şərh etdi

"Milan"ın mərkəz müdafiəçisi Matteo Qabbiya A Seriyasında "Montsa"dan aldıqları məğlubiyyəti (2:4) şərh edib.

Fanat.Az xəbər verir ki, arxa xətt oyunçusunun dediklərini "Milan News" belə çatdırıb:

"Qələbə qazanmaq istədiyimiz matçda məğlub olmağımız çox üzücüdür. Yenilgi həmişə yaralayır. İndi xoşagəlməz axşamı unutmağa çalışmalı, qarşıdakı oyunlara hazırlaşmalıyıq. Bu həftə iki önəmli görüşümüz var. 

Start "11-lik"də altı dəyişiklik? Bu, mənim işim deyil. Baş məşqçinin seçiminə hörmətlə yanaşır və onu sevirəm. Bütün komanda yoldaşlarıma hörmət edirəm. Meydana çıxan uşaqların çox güclü futbolçular olduğuna şübhəm yoxdur. Amma evə xalsız qayıtmışıqsa, bunun məsuliyyəti bizim üzərimizdədir".

Qeyd edək ki, 25 tura 52 xal toplayan "Milan" çempionatın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. 33 xala malik "Montsa" isə 11-ci sırada mövqe tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər