Jiru rəsmən "Milan"da

Jiru rəsmən "Milan"da
"Milan" Olivye Jirunu (Olivier Giroud) heyətinə cəlb edib. 
 
Fanat.Az klubunun rəsmi saytına istinadən xəbər verir ki, fransız hücumçu ilə 2 illik müqavilə imzalanıb.
 
34 yaşlı futbolçunun transfer məbləği 1 milyon avro üstəgəl 1 milyon avro bonus təşkil edir.
 
Qeyd edək ki, Olivye Jiru (Olivier Giroud) 2018-ci ilin "Arsenal"dan 17 milyon avroya "Çelsi"yə transfer olunub. Klubun heyətində 119 görüşdə meydana çıxıb  və 39 qol ilə yadda qalıb.
 
Emin Şəmsiyev
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər