Fransanın "Olimpik Lion" klubunun prezidenti Jan-Mişel Olas 5-i şərti olmaqla, 10 oyunluq diskvalifikasiya edilib.
Fanat.Az Liqa 1-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Olas çempionatın 14-cü turunda - "Olimpik Marsel"lə görüşdə yaşananlara görə cəzalandırılıb.
Xatırladaq ki, noyabrın sonlarında keçirilən "Lion" - "Marsel" qarşılaşması yerli azarkeşlərdən biri qonaqların hücumçusu Dmitri Payetin başına su butulkası ilə vurduğuna görə 5-ci dəqiqədə yarımçıq dayandırılmışdı.
Nihat