“Olimpiakos” “Qəbələ”yə rəqib oldu

“Olimpiakos” “Qəbələ”yə rəqib oldu

UEFA Gənclər Liqasında "Puşkaş Akademiya" səddini aşan “Qəbələ”nin növbəti rəqibi "Olimpiakos" olub.

Fanat.Az xəbər verir ki, Yunanıstan təmsilçisi ilk mərhələdə İtaliyanın “Leççe” kollektivini hər iki oyunda 3:1 hesabıyla məğlub edib.

Beləliklə, bu komanda ilə Çempionlar yolunun 2-ci mərhələsi çərçivəsində ilk oyun noyabrın 8-də Qəbələdə, cavab matçı noyabrın 29-da Yunanıstanda təşkil ediləcək.

Xatırladaq ki, Azərbaycan futbolu tarixində 2-ci dəfə komandamız mərhələ adlayıb. Hər iki uğura “Qəbələ” imza atıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər