“Nyukasl” Kariusu saxlamağa qərar verdi

“Nyukasl” Kariusu saxlamağa qərar verdi

Mövsümün əvvəlində “Liverpul”dan azad agent kimi ayrılan Loris Kariusu heyətinə qatan “Nyukasl” almaniyalı qolkiperi saxlamağa qərar verib.

Fanat.Az xəbər verir ki, tərəflər arasında sentyabr ayında bağlanmış müqavilənin müddəti 2022-ci ilin 31 dekabrına kimi idi.

Lakin tərəflər sözləşməni mövsümün sonuna kimi uzatmaqla da bağlı ilkin razılıq əldə etmişdilər. Klub məhz həmin bənddən istifadə edərək almaniyalı qolkiperi 30 iyuna kimi heyətində saxlamağa qərar verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Karius Almaniyanın “Maynts” klubunun yetirməsidir. O, “Liverpul”la yanaşı, Türkiyənin “Beşiktaş”, Almaniyanın “Union Berlin” klublarında da forma geyinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər