"Nyukasl" dünyanın ən bahalı müdafiəçilərindən birini transfer etmək istəyir

"Nyukasl" dünyanın ən bahalı müdafiəçilərindən birini transfer etmək istəyir
"Bavariya"nın müdafiəçisi Lukas Ernandes bu yay "Nyukasl Yunayted"ə keçə bilər.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Səuddiyə Ərəbistanından olan investorlar "Nyukasl"ı alacağı təqdirdə, keçid reallaşa bilər.
Ernandes ötən yay 80 milyon avro qarşılığında "Atletiko"dan "Bavariya"ya  transfer edilmişdi. O, Vircil van Deykdən sonra futbol tarixinin ikinci ən bahalı müdafiəçisi hesab olunur. Fransız futbolçu cari mövsümdə "Bavariya"nın heyətində 14 matçda meydana çıxıb.
Hazırda "Nyukasl" rəsmi olaraq Mayk Eşliyə məxsusdu. May ayının əvvəlində o, klubu 300 milyon funt sterlinq müqabilində Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın idarə etdiyi fonda satmağa razılıq vermişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər