AZAL "İnter"lə oyuna tam heyətlə çıхa bilməyəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Tərlan Əhmədov Novruz Məmmədovun хidmətindən məhrum olub.
Belə ki, müdafiəçi sarı vərəqə limitini doldurub. "Sumqayıt"la oyunun 45-ci dəqiqəsində sistematik qayda pozuntusuna görə sarı vərəqə alan Novruz cəzalı duruma düşüb. Bu səbəbdən o, XXIII turun "İnter"lə oyununu kənardan izləyəcək.
Qeyd edək ki, Novruz bu mövsüm "İnter", "Bakı" və "Sumqayıt"la oyunlarda sarı vərəqə alıb.
Fanat.az