Norveçin Bakıya gətirəcəyi heyət açıqlandı

Norveçin Bakıya gətirəcəyi heyət açıqlandı

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da Azərbaycan yığması ilə qarşılaşacaq Norveç millisinin heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, skandinaviyalıların baş məşqçisi Per Matis Hoqmo keçirdiyi mətbuat konfransında heyətə 23 futbolçu çağırdığını bildirib.

Həmin futbolçular noyabrın 12-də Estoniya ilə yoldaşlıq görüşündə, 16-da isə millimizlə seçmə oyunda forma geyinmək imkanı qazanacaqlar.

Qapıçılar: Rune Yarsteyn ("Herta”, Almaniya), Steyn Qritebus ("Olesun”), Oryan Niland ("Molde”).

Müdafiəçilər: Omar Elabdellaui ("Olimpiakos”, Yunanıstan), Veqard Forren ("Molde”), Steffen Hagen ("Odd”), Per Egil Flo ("Molde”), Tom Hoqli ("Kopenhagen”, Danimarka), Martin Linnes ("Molde”), Havard Nortveyt ("Borussiya” D, Almaniya), Tore Reginiussen ("Rusenborq”).

Yarımmüdafiəçilər: Mats Möller Deli ("Kardiff”, İngiltərə), Stefan Yohansen ("Seltik”, Şotlandiya), Anders Konradsen ("Renn”, Fransa), Yone Samuelson ("Molde”), Harmit Sinqh ("Molde”), Per Villian Skyelbred ("Herta”, Almaniya), Aleksander Tettev ("Norviç”, İngiltərə), Martin Odeqar ("Stromsqodset”).

Hücumçular: Tarik Elyunissi ("Hoffenhaym”, Almaniya), Fredrik Qulbrandsen ("Molde”), Aleksander Soderlund ("Rusenborq”), Havard Nielsen ("Ayntraxt” B, Almaniya).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər