Yığma komandalar arasında növbəti yoxlama oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən ikisi meydana çıxıb.
Norveç millisi Estoniyanı sınağa çəkib. Oslodakı "Ullevaal" stadionunda keçirilən qarşılaşma estonların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, noyabrın 16-da millimizin qonağı olacaq Norveç Bakıya məğlubiyyətlə yola salınıb.
Xorvatiya isə Argentina ilə münasibətlərinə aydınlıq gətirib. Londondakı "Upton Park" stadionunda baş tutun matçda hesaba 11-ci dəqiqədə xorvatlardan Anas Şarbini açıb. Lakin ikinci yarıda 2 qol vuran argentinalılar qələbə qazanıb.
Yoxlama oyunu
12 noyabr
Norveç - Estoniya 0:1
Qol: Konstantin Vassilyev, 24.
Norveç: Haskyold Niland, Tom Hoqli (Per-Eqil Flo, 46), Havard Nordtveit, Omar Elabdellaui (Martin Linnes, 46), Veqard Forren, Stefan Marius Yohansen (Harmeet Sinq, 75), Per Skyelbred (Jone Samuelsen, 68), Mats Moller Dahli (Martin Odeqaard, 57), Anders Konradsen, Tarik Elyunussi, Havard Kallevik Nielsen (Aleksander Toft Soderlund, 46).
Oslo. Ullevaal stadionu.
Xorvatiya - Argentina 1:2
Qollar: Anas Şarbini, 11 - Kristian Ansaldi, 49. Lionel Messi, 57-pen.
Xorvatiya: Lovre Kaliniç (İvan Varqiç, 89), Sime Vrsalyko, Marko Leskoviç (Matey Mitroviç, 84), Tin Cedvay, Marin Leovaç, Anas Şarbini (Mato Jajalo, 65), Milan Badely, Hrvoye Miliç (İvan Tomeçak, 71), Domaqoy Antoliç, Mateo Kovaciç (Alen Haliloviç, 46), Duje Kop (Marko Roq, 84).
London. "Upton Park" stadionu.
Fanat.az