Nkunku "Çelsi"ni İspaniya nəhənginə dəyişə bilər

Nkunku "Çelsi"ni İspaniya nəhənginə dəyişə bilər

Fransalı hücumçu Kristofer Nkunku cari mövsümün sonunda "Çelsi"ni tərk edə bilər.

Fanat.Az "TeamTalk"a istinadən xəbər verir ki, 27 yaşlı forvard "Arsenal" və "Barselona"nın transfer siyahısındadır.

"Topçular"ın bu yay sözügedən oyunçunu rənglərinə bağlamaq üçün daha çox canfəşanlıq edəcəyi, "Barsa"nın isə uyğun maliyyə şərtləri fonunda hədəfinə çatmağa çalışacağı vurğulanıb.

Qeyd edək ki, Nkunku "Çelsi"yə 2023-cü ilin yayında "Leyptsiq"dən transfer olunub. Ön xətt oyunçusu cari mövsüm bütün turnirlərdə 42 matça çıxaraq 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 45 milyon avro  ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər