Nkunku "Çelsi"ni digər İngiltərə nəhənginə dəyişə bilər

Nkunku "Çelsi"ni digər İngiltərə nəhənginə dəyişə bilər

"Çelsi"nin hücumçusu Kristofer Nkunku iş yerini dəyişə bilər.

Fanat.Az xəbər verir ki, məlumat "L'Équipe" yayıb.

Xəbərə görə, fransalı futbolçu "zadəganlar"ın sıralarında az oynamasından narazıdır. Mənbə onun xidmətində "Mançester Yunayted"in maraqlı olduğunu vurğulayıb.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 17 mayça çıxan Nkunku 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt," portalı Kristoferin transfer qiymətini 65 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər