Nikolov Bakıdan niyə buraxılmır?

Nikolov Bakıdan niyə buraxılmır?
"İnter"in sabiq prezidenti Georgi Nikolov hələ də Bakını tərk etməyib. Fanat.az xəbər verir ki, bir müddət əvvəl bolqar prezidentin getdiyi deyilsə də, o hələ də ölkəmizdədi.
Buna səbəb Nikolov ölkədən çıxışına qoyulan qadağanın ləğv olunmamasıdı. Beynəlxalq Bank işinə görə dindirilən sabiq prezident hələ "İnter"ə ayrılan pulların hesabatını verib qurtara bilməyib. Onun həmçinin Beynəlxalq Bankdan kredit götürdüyü də deyilir. Nikolovun bütün bu məsələlər həll olunandan sonra ölkədən buraxılacağı deyilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər