Abdulvahid Afolabinin "Qəbələ"nin düşərgəsinə qayıtmaması barədə xəbər vermişdik. Məlumat üçün xatırladaq ki, nigeriyalı futbolçu viza problemi səbəbindən Antalyaya yollana bilməyib.
Fanat.az xəbər verir ki, artıq Afolabinin problemi həll olunub. Nigeriyalı oyunçu viza alıb və bu gün Antalyaya yollanaraq hazırlıqlara başlayacaq.
Qeyd edək ki, Abdulvahib Yuri Syominin ən uğursuz transferi sayılır. Premyer Liqada 13 oyunda 367 dəqiqə oynayan 22 yaşlı forvard qol vura bilməyib. Nigeriyalı futbolçu "Mil-Muğan"la oyunda vurub. Afolbi ölkəmizə gəlməzdən əvvəl Nigeriyanın "Niger Tornadoes", Uuraynanın "Tavriya" və Rusiyanın "Kuban" klublarında çıxış edib.
Fanat.az