PSJ-nin hücumçusu Neymar və "Marsel"in müdafiəçisi Alvaro Qonsales bu il Fransa çempionatının oyunlarına çıxmaqdan məhrum edilə bilərlər.
Fanat.Az "L'Equipe" (Quip) nəşrinə istinadən xəbər verir ki, futbolçuların 3-cü tutun oyunundakı qarşıdurma zamanı bir-birlərinə dedikləri təhqiramiz ifadələri rasizm statusu ilə dəyərləndirsə, hərəsi 8-10 oyunluq diskvalifikasiya ediləcək.
Qeyd edək ki, PSJ - "Marsel" matçından (0:1) sonra meydanda dava-dalaş yaşanmış, Qonsalesin başına vuran Neymar və daha bir neçə oyunçu "qırmızı" alaraq qovulmuşdular.
Fanat.Az