Nəsirovu prezident aparatında danladılar - AFFA dəyişiklik astanasında

Nəsirovu prezident aparatında danladılar - AFFA dəyişiklik astanasında

Millimizin Xorvatiyadakı darmadağını hələ də gündəmdən düşmür. Kimisi Foqtsun getməsi ilə razılaşıb, kimisi də günahkarların hələ də cəzalanmadığını gündəmə gətirir.

Bununla bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Məlumatda bildirilir ki, yaxın zamanlarda AFFA-da ciddi dəyişikliklər baş verəcək. Daha dəqiq desək,  AFFA-nın vitse-prezidenti  Elşad Nəsirovun  "kreslo"su əlindən alına bilər. Mənbənin dediklərinə inansaq, son 7 ildə "almanlaşma siyasəti"nin kuratoru kimi yuxarılara hesabat verən Nəsirov töhmət alıb. Belə ki, məlum fiaskodan sonra prezident aparatına çağırılan Elşad bəydən hesabat tələb olunub. Konkret olaraq vaxtı ilə "almanlaşma siyasəti" layihəsinin yuxarlarda "dobro"sunu almaqla zəmanət verdiyi vitse-prezidentə xatırladılıb. 

Mənbə qeyd edir ki, layihənin fiaskosu elə Elşad Nəsirovun komandasının sonudu. Artıq hərəkətə keçən komanda özlərinə yaxın mətbuat vasitəsi ilə Foqts məsələsini gündəmdən çıxarmaq istəyirlər. Hətta  kurasiyalarında olan komandaların vasitəsi ilə qarşıdakı Premyer Liqa oyunlarında guya hansısa haqsızlığa görə çempionatı tərk etmək əmri verilib. Bunun da səbəbi ölkə mətbuatının və futbol ictimaiyyətinin diqqətini yayındırmaqdır. 

Xəbərlə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər