"Bu rəqibə qarşı oyunlarımız həmişə maraqlı alınıb. Ötən mövsüm isə prinsipiallıq daha yüksək həddə çatdı". Bu sözləri Fanat.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Vüqar Nadirov deyib.
"17 nömrə" çempionun qapısına yol tapmağı hədəfləyib: "Əlbəttə, meydana qələbə üçün çıxacağıq. Köhnə oyunların ab-havası ilə yaşamırıq. Çempionat yeni başlayıb və məqsədimiz son nəticədə birinci olmaqdı. Əsas komandamın meydanı 3 xalla tərk etməsidi. "Neftçi"yə yenə qol vurub "Qarabağ"ın qələbəsində pay sahibi olmaq istəyirəm".