UEFA Çempionlar Liqasının 2013-2014 mövsümündə Azərbaycanı yenə «Neftçi» təmsil edəcək. Fanat.az xəbər verir ki, «ağ-qaralar» turnirdə mübarizəyə həmişəki kimi ikinci təsnifat mərhələsindən başlayacaq.Artıq «Neftçi»nin potensial rəqiblərinin bəzisi bəllidi. Təmsilçimiz püşkatada «səpələnmişlər», yəni güclülər səbətində yer alacaq. Bu isə «ağ-qaralar»ın nisbətən zəif klublarla qarşılaşacağı deməkdi. 34 komandanın iştirak edəcəyi ikinci mərhələdə 17 klub «səpələnmişlər», 17 klub isə «səpələnməmişlər» səbətində yer alacaq.Bu mərhələdə iştirak etmək hüququ qazanan klublar hələlik aşağıdakılardı: BATE (Belarus), Seltik (Şotlandiya), Styaua (Rumıniya), Dinamo (Zaqreb, Xorvatiya), Maribor (Sloveniya), Elfsborg (İsveç), Makkabi (Təl-Əviv, İsrail), Molde (Norveç), HİK (Finlandiya), Ekranas (Litva), Neftçi (Azərbaycan), Dinamo (Tiflis, Gürcüstan), Zeljezniçar (Bosniya və Herseqovina), Hafnarfyordur (İslandiya), Gyor (Macarıstan), TNS (Uels), Sliqo Rovers (İrlandiya), Şaxtyor (Qazaxıstan), Skenderbeu (Albaniya), Birkirkara (Malta), Kliftonville (Şimali İrlandiya), Dauqava (Latviya), Nomme Kalyu (Estoniya).Buk klublardan aşağıdakı «Neftçi» ilə birgə səpələnmişlər sırasında yer alacağı dəqiqdi: BATE (Belarus), Seltik (Şotlandiya), Styaua (Rumıniya), Dinamo (Zaqreb, Xorvatiya), Maribor (Sloveniya), Elfsborq (İsveç), Makkabi (Təl-Əviv, İsrail), Molde (Norveç), HİK (Finlandiya), Ekranas (Litva). Yəni bu klublar təmsilçimizə rəqib olmayacaq.Çexiya, Polşa, Slovakiya, Serbiya, Bolqarıstan, Moldova, Makedoniya, Çernoqoriya və Lüksemburqun bu turnirdəki təmsilçilərinin adlarına aydınlıq gəlməyib. Onlardan da Çexiya, Polşa və Serbiya çempionları «Neftçi» ilə birgə «səpələnmişlər» sırasında yer almalıdı. Qalan klublar isə Azərbaycan çempionunun potensial rəqibləri sırasındadı. Andorra, Farer adaları, San-Marino və Ermənistan klublarının oynayacağı birinci təsnifat mərhələsinin 2 qalibi də mütləq «Neftçi»nin potensial rəqibi olacaq. Həmin klublar isə bunlardı: Streymur (Farer adaları), Lusitanos (Andorra), Şirak (Ermənistan) və San-Marinonun bəlli olmayan çempionu.Qeyd edək ki, ÇL-in ikinci təsnifat mərhələsinin ilk oyunları iyulun 16-17-də, cavab görüşləri isə həmin ayın 23-24-də keçiriləcək.İdman24.az
«Neftçi»nin ÇL-dəki potensial rəqibləri
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
DİGƏR
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
DİGƏR
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"
DİGƏR
19:48
02.10.2026
"Marafon" "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
DİGƏR
20:19
30.09.2026
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidə 5 medal qazandılar