Əvəzedicilər Liqasında 11-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.
“Sumqayıt-2” – “Qəbələ-2” matçı qonaqların, “Neftçi-2” – “Sabah-2” oyunu isə meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb.
Əvəzedicilər Liqası 11-ci tur 30 oktyabr
“Sumqayıt-2” – “Qəbələ-2” 1:3 Qollar: Uğur Cahangirov, 32 - Emil Süleymanov, 10. Şahin Şahniyarov, 14. Sənan Ağalarov, 26. Hakimlər: Murad Səlimov, Zakir Şükürzadə, Sevda Nuriyeva, Maqsud Şamıyev.
“Neftçi-2” – “Sabah-2” 2:0 Qollar: Bahadur Quliyev, 9. Ağadadaş Salyanski, 80. Hakimlər: Mahmud Bağırzadə, Vüqar Bayramov, Orxan İbişov, Elvin Bayramov.