“Neftçi” və “Qəbələ” uduzdu, “Sumqayıt”la “Zirə” “sülh bağladı”

“Neftçi” və “Qəbələ” uduzdu, “Sumqayıt”la “Zirə” “sülh bağladı”

Misli Premyer Liqasında XXII tur çərçivəsində bu gün növbəti oyunlar keçirilib.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edən turun sonuncu günü 3 qarşılaşma reallaşıb.

Autsayder mövqeyindən qurtumağa can atan "Qəbələ" səfərdə "Turan Tovuz"un qonağı olub. Bu mövsümkü şəxsi görüşlərdə qələbə qazana bilməyən (2:2, 0:4) qərb təmsilçisi bu sindroma son qoymaqla iki pillə irəliləyə bilərdi. Belə də olub. Tovuz təmsilçisi çətin qələbəyə sevinib.

Günün ikinci duelində avrokubok mücadiləsi edən "Zirə" ilə "Sumqayıt" münasibətlərinə aydınlıq gətirib. Samir Abasovun baş məşqçisi olduğu kollektiv səfər matçında uduzmamaqla 2-ci pillədəki yerini qorumağı düşünürdüsə, Rəşad Sadıqovun komandası 3 xal sayəsində liderin ən yaxın izləyicisi statusuna sahib çıxa bilərdi. Amma bu görüşdə qapılara qol vurulmayıb.

Günün son qarşılaşmasında "Neftçi" "Araz-Naxçıvan"la qarşılaşıb. eyd edək ki, "Neftçi" bu mövsüm keçirilən 2 oyunda "Araz-Naxçıvan"a qalib gələ bilməmişdi (1:1, 0:1). Elə bu oyunda da "ağ-qaralar" son dəqiqələrdə buraxdıqları penalti qolu ilə məğlub olublar.

Turun iki oyunu bazar günü ("Qarabağ" - "Sabah" 3:3) və bazar ertəsi ("Kəpəz" - "Səbail" 1:4) baş tutub.

Misli Premyer Liqası XXII tur 13 fevral 

“Turan Tovuz” – “Qəbələ” 2:1 Qollar: Aleks Souza, 43, Ayxan Quseynov, 53 - Bilel Auaşeriya, 77

“Turan Tovuz”: 13. Aydın Bayramov, 88. Faiq Hacıyev, 2. İsmayıl Zülfüqarlı, 99. Veysəl Rzayev, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 11. Ayxan Quseynov, 21. Aleks Souza Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 8. Fərid Yusifli, 97. Sadiq Şəfiyev, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi, 80. Otto Con Baş məşqçi: Ayxan Abbasov

“Qəbələ”: 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 34. Urfan Abbasov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 72. Osama Xalayla Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 2. İlkin Qırtımov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 8. Gilad Abramov Baş məşqçi: Elmar Baxşıyev

Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Əli Əliyev Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Nəriman Axundov Tovuz şəhər stadionu

“Zirə” – “Sumqayıt” 0:0

"Zirə": 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 4. Ruan Renato, 23. Andriya Lukoviç, 15. Pyer Zebli, 6. Eldar Quliyev Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 87. İlqar Əhmədov, 28. Abbas İbrahim, 19. Salifu Suma Baş məşqçi: Rəşad Sadıqov

"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 60. Tresor Mossi Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 10. Kamran Aliev, 9. Erik Sorqa Baş məşqçi: Samir Abasov

Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Kamranbəy Rəhimov Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov Zirə İK stadionu

“Araz-Naxçıvan” – “Neftçi” 1:0 Qol: Orxan Əliyev, 90+2-pen.

Araz-Naxçıvan: 12. Kristian Avram, 10. Orxan Əliyev (k), 39. Tural Bayramlı, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 19. Aksel Nqando, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç. Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 7. Nicat Süleymanov, 17. İldar Ələkbərov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 29. Vanderson Melo, 8. İsmail Azzaui. Baş məşqçi: Azər Bağırov. Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 20. Alfa Konte, 77. Yeqor Boqomolski. Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 7. Azər Əliyev, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 11. Kilan Lebon, 88. Brayan Moreno. Baş məşqçi: Miodraq Bojoviç. Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Məmmədəli Məmmədov “Dalğa Arena”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər