“Neftçi” və “Qarabağ”ı azarkeşləri ziyana saldı

“Neftçi” və “Qarabağ”ı azarkeşləri ziyana saldı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın III turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

“Simurq”la oyunun 42-ci dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan “Neftçi”nin futbolçusu Elvin Yunuszadə 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə edilib. Matçın 8, 31 və 73-cü dəqiqələrində azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunan “Neftçi” əlavə 1000 manat ödəməli olacaq. “Simurq” isə 4 futbolçusu sarı vərəqə olduğundan 1000 manat cərimələnib.

“Neftçi” kimi “Qarabağ” da azarkeşlərinin qurbanı olub. Belə ki, Ağdam klubunun fanatları “Xəzər Lənkəran” oyununun 26-cı dəqiqəsində pirotexniki vasitələrdən istifadə edib. Bu səbəbdən klub 1000 manat ödəyəcək.

“Sumqayıt”la oyunun 61-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alan Vladimir Levin də 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimələnib. Bundan başqa “Qəbələ” 4 futbolçusu sarı vərəqə saldığından 1000 manat ziyana düşüb.

“İnter” isə AZAL-la oyunda 5 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimə edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər