“Neftçi” “Terek” matçının vaxtı bilindi

“Neftçi” “Terek” matçının vaxtı bilindi

Azərbaycan çempionu “Neftçi”nin Avstriyadakı təlim-məşq toplanışında keçirəcəyi daha bir oyunun vaxtı dəqiqləşib. Fanat.az xəbər verir ki, “ağ-qaralar” Rusiyanın “Terek” klubu ilə iyulun 9-da görüşəcək.

Bakılıların Qroznı təmsilçisi ilə qarşılaşacağı əvvəlcədən bilinsə də, tarix yalnız indi müəyyənləşib. Əvəzində “Neftçi”nin “Terek”in hansı heyəti ilə qarşılaşacağı bilinmir. Belə ki, rusiyalılar həmin gün 2 heyətlə 2 fərqli matç keçirəcək. Komandanın bir heyəti Azərbaycan çempionu ilə qarşılaşacaqsa, digəri “Xəzər Lənkəran”ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi İsrail “Makkabi”sini sınağa çəkəcək.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər