“Neftçi” “Slaviya” ilə qarşılaşacaq

“Neftçi” “Slaviya” ilə qarşılaşacaq

Azərbaycanda 2012-2013-cü il futbol mövsümünü “qızıl dubl”la başa vuran “Neftçi” komandası Çexiya “Slaviya”sı ilə yoxlama oyunu keçirəcək.  Lent.az-ın verdiyi məlumata görə, matç iyunun 24-də baş tutacaq.

Komandalar Avstriyanın Tsell-am-See məşq bazasında üz-üzə gələcəklər.

Qeyd edək ki, “Slaviya” 2012-2013-cü il mövsümündə Çexiya çempionatını 42 xalla 16 komanda arasında 7-ci pillədə başa vurub. Praqa təmsilçisi vaxtilə Azərbaycan klublarından “Şəmkir”lə Çempionlar Liqası, “Karvan”la isə UEFA Kubokunun təsnifat mərhələlərində üz-üzə gəlib. Hər iki halda “Slaviya” mərhələ adlayıb.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər