Topaz Premyer Liqasında XIII tura start verilib.
Fanat.Az xəbər verir ki, 3 günü əhatə edəcək turun ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Açılış matçında çempionatın debütantı "Sabah" doğma meydanda "Neftçi" ilə üz-üzə gəlib. 3 qırmızı vərəqənin göstərildiyi oyunda 3 qol vurulub və "Neftçi" 2:1 hesablı qələbə qazanıb.
Günün digər matçında "Sumqayıt" "Səbail"i qəbul edib. Bu oyunda "gənclik şəhəri" təmsilçisi minimal hesablı qələbəyə sevinib - 1:0. Beləliklə, Ayxan Abbasov "Sumqayıt"ı baş məşqçisi kimi ilk qələbəsini qazanıb.
Qeyd edək ki, turun digər matçı sabah keçiriləcək. "Qəbələ" doğma meydanda "Zirə" ilə münasibətlərə aydınlıq gətirəcək. Tura dekabrın 3-ü keçiriləcək "Qarabağ" - "Keşlə" görüşü ilə yekun vurulacaq.
Premyer Liqa
2018/19 mövsümü
II dövrə, XIII tur
1 dekabr
Sabah - Neftçi 1:2
Qollar: Marko Deviç, 76-pen - Anton Krivotsyuk, 21. Mirabdulla Abbasov, 39.
Qırmızı vərəqə: Vanderson Silva, 70 - Tural Axundov, 33. Baqali Dabo, 83.
Sabah: 30. Saşa Stamenkoviç, 32. Elvin Yunuszadə, 13. Filip İvanoviç, 25. Vanderson Silva, 21. Novruz Məmmədov, 19. Məqsəd İsayev, 33. Eltun Turabov, 10. Cavid İmamverdiyev (k), 4. Tərzin Cahangirov, 11. Elgün Nəbiyev, 97. Emil Qasımov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 22. Miloş Bosançiç, 27. Bəxtiyar Soltanov, 6. Vadim Abdullayev, 3. Elvin Bədəlov, 14. Tural Qürbətov, 9. Marko Deviç, 2. Ülvi İbazadə, 5. Kərim Diniyev, 77. Şakir Seyidov, 12. Zahid Mərdanov.
Baş məşqçi: Elşad Əhmədov.
Neftçi: 1. Səlahət Ağayev, 28. Slavko Braliç, 18. Tural Axundov, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 93. Soni Mustivar, 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 12. Kamran İbrahimov, 77. Elvin Sərkərov, 33. Ricat Qarayev, 95. Rəhman Daşdəmirov, 70. Əli Şirinov, 37. Vüsal Əsgərov, 6. Qoran Paratski, 7. Namiq Ələsgərov, 4. Rəşad Eyubov, 11. Kvame Karikari.
Baş məşqçi: Roberto Bordin.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cavanşir Yusifov, Ramil Əhmədov.
Hakim-inspektor: Murad Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
"Əlincə Arena”
Sumqayıt - Səbail 1:0
Qol: Atilla Yıldırım, 60.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev.
Hakim-inspektor: Fizuli Nəcəfov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
"Kapital Bank Arena”.
|
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
|
1 |
Neftçi |
13 |
10 |
2 |
1 |
26:10 |
32 |
|
|
2 |
Qarabağ |
12 |
7 |
3 |
2 |
21:13 |
24 |
|
|
3 |
Səbail |
13 |
6 |
2 |
4 |
16:14 |
20 |
|
|
4 |
Sabah |
13 |
5 |
2 |
6 |
11:18 |
17 |
|
|
5 |
Qəbələ |
12 |
4 |
3 |
5 |
17:18 |
15 |
|
|
6 |
Sumqayıt |
13 |
4 |
2 |
7 |
13:20 |
14 |
|
|
7 |
Keşlə |
12 |
2 |
3 |
7 |
13:17 |
9 |
|
|
8 |
Zirə |
12 |
2 |
3 |
7 |
12:19 |
9 |
|
|
Bombardirlər |
Baqali Dabo (Neftçi) - 7. Ceyms Adeniyi (Qəbələ) Marko Deviç (Sabah), Mirabdulla Abbasov (Neftçi) - 6. |
|||||||
|
Qeyd |
IV turda "Zirə"yə, VIII turda isə "Qarabağ"a 0:3 hesablı texniki məğlubiyyət verilib. |
|||||||
Fanat.Az