"Neftçi", "Qəbələ" və "Zirə"nin oyunları bu telekanallarda

"Neftçi", "Qəbələ" və "Zirə"nin oyunları bu telekanallarda

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Neftçi", "Zirə" və "Qəbələ"nin oyunlarının yayım qrafiki müəyyənləşib.

"CBC Sport"un şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərlinin Fanat.Az-a verdiyi məlumata görə, avrokubok matçları bir neçə telekanalda yayımlanacaq: 

"Neftçi"nin "Aris"lə həm Kiprdə, həm də Bakıdakı oyunlarını "CBC Sport" yayımlayacaq. "Zirə"nin "Makkabi Təl-Əviv"lə görüşlərinin siqnalını biz aldıq. Amma oyunlar üst-üstə düşdüyü üçün siqnalı İTV-yə ötürəcəyik. Dost kanaldır, yaxşı əlaqələrimiz var. Ona görə də yayımı onlara güzəştə getdik. "Qəbələ"yə gəlincə, təmsilçimizin cavab qarşılaşması "CBC İnternational"da göstəriləcək. Yəni bu artıq dəqiqləşib. Macarıstanda baş tutacaq ilk matçın yayımı ilə bağlı isə danışıqlar davam edir. Mümkündür ki, məsələyə oyun günü aydınlıq gəlsin".

Beləliklə, Konfrans Liqasında çıxış edəcək komandalarımızın yayım cədvəlini təqdim edirik: 

21 iyul

20:00. Zirə - Makkabi Tel Əviv (İTV) 21:00. Fehervar - Qəbələ (dəqiqləşməyib) 21:30. Aris - Neftçi (CBC Sport)

28 iyul

20:00. Qəbələ - Fehervar (CBC İnternational) 21:00. Neftçi - Aris (CBC Sport) 21:30. Makkabi Təl-Əviv - Zirə (İTV)

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər