«Neftçi» Peru millisinin üzvü Rinaldo Krusadonu heyətinə qata bilər. İdman24.az xəbər verir ki, bu barədə İtaliyanın tuttomercatoweb.com saytı eksklüziv xəbər yayıb.Xəbərdə bildirilir ki, «Neftçi» hazırda Argentinanın «Nyuells Old Boys» klubunda çıxış edən futbolçuya təklif göndərib və Krusadonun cavabını gözləyir.Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi karyerası ərzində «Alianza Lima» (Peru, 2002-2006, 115 oyun, 5 qol), «Qrasşhopper» (İsveçrə, 2007-2008, 35 oyun, 2 qol), «Sportinq» (Peru, 2008, 14 oyun), «İstiqlal» (İran, 18 oyun, 1 qol), «Xuan Aurix» (2010-2011, 28 oyun, 4 qol) və «Kyevo» (İtaliya, 2011-2013, 30 oyun, 1 qol) klublarında çıxış edib. Bu ilin əvvəlində Argentinanın «Nyuells Old Boys» klubuna keçən Rinaldo 6 oyunda 1 qola imza atıb.O, klub karyerası ərzində 4 dəfə çempion olub. «Alianz Lima» ilə 3 dəfə 2003, 2004, 2006) Peru çempionluğunu bayram edən Krusado 2008-2009 mövsümündə İran Pro Liqasının qızıl, bir il sonra bürünc medalına sahib çıxıb.«Neftçi»nin istədiyi futbolçu 2003-cü ildən çağırıldığı Peru millisində 27 oyun keçirib və 2 qol vurub. Yığmanın aprelin 17-də Meksika ilə keçirdiyi oyunda meydanda olan Rinaldo 2011-ci ildə Amerika Kubokunun bürünc medalını qazanıb.mənbə:Fanat.az
«Neftçi» Peru yığmasının üzvünü alır
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
DİGƏR
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
DİGƏR
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"
DİGƏR
19:48
02.10.2026
"Marafon" "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
DİGƏR
20:19
30.09.2026
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidə 5 medal qazandılar