Bu il Avropa futbolu tarixində ilk dəfə yeniyetmələr arasında UEFA Çempionlar Liqası keçiriləcək. İlk dəfə baş tutacaq turnirdə 32 klub mübarizə aparacaq.2013/14 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə yüksələn 32 iştirakçının U-19 komandası əsas heyətlərlə paralel olaraq 8 qrupda mübarizə aparacaq. Sadəcə, burada 1/8, 1/4, 1/2 və final matçları 2 deyil, 1 oyundan ibarət olacaq. Bir sözlə, hər komanda maksimum 10 matça çıxacaq.Tarixdə ilk dəfə baş tutacaq və rəsmi adı UEFA Yeniyetmələr Liqası olacaq yarışda Azərbaycanı “Neftçi” də təmsil edə bilər. Bunun üçün ölkə çempionu olan əsas komanda da qrup mərhələsinə vəsiqə qazanmalıdır. Böyükağa Hacıyevin yetirmələri qrupa düşərsə, yeniyetmələr də avtomatik eyni qrupda mübarizə aparacaq.Qeyd edək ki, “Neftçi” U-19 Liqasında yalnız 4-cü olub. İdman24.az
“Neftçi” Çempionlar Liqasına ikinci komandasını çıxarır
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
DİGƏR
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
DİGƏR
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"
DİGƏR
19:48
02.10.2026
"Marafon" "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
DİGƏR
20:19
30.09.2026
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidə 5 medal qazandılar