“Neftçi” BATE ilə oynaya bilər

“Neftçi” BATE ilə oynaya bilər

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, turnirin iştirakçıları II təsnifat mərhələsi bitməmiş növbəti potensial rəqiblərini biliblər. 

Bakı vaxtilə saat 15:00-da İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında gerçəkləşən tədbirdə “Neftçi” Albaniyanın “Skenderbeu” klubunu keçəcəyi halda, üzləşəcəyi cüt müəyyənləşib. Bu, postsovet məkanı təmsilçiləri - Belarusu BATE ilə Qazaxıstanın “Şaxtyor” klublarının duelində ən güclü tərəf olacaq. Təbii ki, burada favorit BATE olsa da, qrup mərhələsində oynamış bu komanda ilk oyunda evdə Karaqanda təmsilçisinə 0:1 hesabı ilə uduzduğundan, işini çətinləşdirib. 

Turnirə qatılmağı son anda dəqiləşən “Fənərbaxça” üçün püşkü uğurlu saymaq olar. Belə ki, komandanın Avstriyanın “Zalsburq” klubuna qalib gəlmək şansı çoxdur. 

Çempionlar

“Bazel” (İsveçrə) - “Qyor” (Macarıstan) – “Makkabi” (Təl-Əviv, İsrail)

“Slovan” (Slovakiya) – “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi - “Şirak” (Ermənistan) – “Partizan” (Serbiya) cütünün qalibi

“Dinamo” (Gürcüstan) – “Streymur” (Farer adaları) cütünün qalibi - “Styaua” (Rumıniya) – “Vardar” (Makedoniya) cütünün qalibi

BATE (Belarus) – “Şaxtyor” (Qazaxıstan) cütünün qalibi - “Neftçi” (Azərbaycan) – “Skenderbeu” (Albaniya) cütünün qalibi

APOEL (Kipr) - “Birkirkara” (Malta) – “Maribor” (Sloveniya) cütünün qalibi

“Kliftovill” (Şimali İrlandiya) – “Seltik” (Şotlandiya) cütünün qalibi - “Elfsborq” (İsveç) – “Dauqava” (Latviya) cütünün qalibi

“Austriya” (Vyana, Avstriya) - “Ekranas” (Litva) – “Hafnarfyordur” (İslandiya) cütünün qalibi

HİK (Finlandiya) – “Nomme Kalyu” (Estoniya) cütünün qalibi - “Viktoriya” (Çexiya) – “Jelezniçar” (Bosniya və Herseqovina) cütünün qalibi

“Fola” (Lüksemburq) – “Dinamo” (Xorvatiya) cütünün qalibi - Şerif” (Moldova) – “Sutyeska” (Çernoqoriya) cütünün qalibi

“Sliqo Rovers” (İrlandiya) – “Molde” (Norveç) cütünün qalibi - TNS (Uels) – “Legiya” (Polşa) cütünün qalibi

Çempion olmayanlar

“Norsyelland” (Danimarka) - “Zenit” (Rusiya)

“Austriya” (Zalsburq, Avstriya) - “Fənərbaxça” (Türkiyə)

PAOK (Yunanıstan) - “Metallist” (Ukrayna)

PSV (Hollandiya) - “Sulte Varegem” (Belçika)

“Lion” (Fransa) - “Qrasshoppers” (İsveçrə)

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları iyulun 30-31-də və avqsutun 6-7-də keçiriləcək.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər