"Neftçi" Bakıda son məşqə çıxdı - Qəbələdə kimlər oynamayacaq?

"Neftçi" Bakıda son məşqə çıxdı - Qəbələdə kimlər oynamayacaq?

“Neftçi” Premyer Liqanın 22-ci turu çərçivəsində qarşılaşacağı “Qəbələ” ilə matçın hazırlığını davam etdirir. 

Fanat.Az xəbər verir ki, "ağ-qaralar" bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıblar. 

Əsasən toplu çalışmalardan ibarət olan hazırlıq prosesində hazırda müalicə olunan Rəhman Hacıyev iştirak etməyib, Eddi İsrafilov və Fərid Yusifli isə fərdi məşq ediblər.

Qeyd edək ki, səfərə sabah yollanmağı planlaşdıran “Neftçi” oyunöncəsi son məşqini Qəbələ şəhər stadionunda keçirəcək. Fevralın 10-u saat 15:00-da həmin məkanda baş tutacaq matç “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər