Əvəzedicilər Liqasında 22-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.
“Turan Tovuz”la “Qəbələ”nin ikinci komandalarının 6 qolluq oyunu qonaqların qələbəsiylə yekunlaşıb.
“Turan Tovuz-2” - “Qəbələ-2” və “Araz-Naxçıvan-2” - “Neftçi-2” oyunlarında qonaqlar qələbə qazanıblar.
Əvəzedicilər Liqası 22-ci tur 14 fevral
“Turan Tovuz-2” – “Qəbələ-2” 2:4 Qolar: Sadiq Şəfiyev, 16; 90+1-pen – Sənan Ağalarov, 24. Okan Təhməzli, 50; 62. Bilal İsmayılov, 68-pen. Tovuz şəhər stadionu, 14:00.
“Araz-Naxçıvan-2” – “Neftçi-2” 0:4 Qollar: Ağadadaş Salyanski, 35; 70-pen; 75; 81. Binə qəsəbə stadionu, 14:00.