Nəbiyev "Sumqayıt"ı görməyəcək

Nəbiyev "Sumqayıt"ı görməyəcək
"Rəvan"ın baş məşqçisi Güvənc Kurtar daha bir aparıcı futbolçudan məhrum olub. Fanat.az xəbər verir ki, cəzalı Hüseyn Axundovun ardından aparıcı müdafiəçi Aqil Nəbiyevin də bu gün “Sumqayıt”a qarşı matçda meydançaya çıxmayacağı məlum olub.
Bu barədə Nəbiyevin özü məlumat verib: “Hərarətim yüksəlib. Odu ki, 3-4 gündü məşq edə bilmirəm. Ayaq üstə durmaq belə çətindi. Bu səbəbdən “Sumqayıt”a qarşı oynamayacağam”.
Qeyd edək ki, Aqil zədəli olsa da, “İnter”ə qarşı keçirilən son matçda meydançaya çıxmışdı.
futbol11.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər