Çexiyanın 2-ci liqasında 23-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında "Vlasim”i 3:1 hesabıyla yenib.
Start "11-lik"də yer alan Fərid 78-ci dəqiqədə əvəzlənib. Komandasının ilk iki qolunu da Nəbiyev vurub. O, 20 və 38-ci dəqiqələrdə fərqlənib.
23 turdan sonra 36 xala malik "Viktoriya” 4-cü pillədə mövqe tutub.
Fanat.Az