Naqelsmann "Milan"ı çalışdıra bilər

Naqelsmann "Milan"ı çalışdıra bilər
"Layptsiq"in baş nəşqçisi Yulian Naqelsmann karyerasını "Milan"da davam etdirə bilər.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Milan"ın baş məşqçi və idman direktoru postlarına əsas iddiaçı hesab olunan Ralf Ranqnik rəhbərliyə Naqelsmannın namizədliyini təklif etməyi planlaşdırır. Ranqnikin növbəti həftə "qırmızı-qaralar"ın sahibi olan "Elliot Management" şirkətinin rəsmiləri ilə  32 yaşlı mütəxəssisin mümkün təyinatını müzakirə edəcəyi bildirilir.
"Layptsiq" cari mövsümdə Çempionlar Liqasında 1/4 finala yüksəlib. Komanda 25 turdan sonra Bundesliqanın üçüncü pilləsində qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər