"Mançester Yunayted"in yarımmüdafiəçisi Skott Maktominay "Nyukasl"a keçməyi düşünür.
Fanat.Az xəbər verir ki, məlumatı "Daily Telegraph" yayıb.
Mənbənin iddiasına görə, şotlandiyalı Kazemironun gəlişindən sonra az oynamasından narazıdır. Bu baxımdan o, başqa kluba keçməyə hazırdır. Bu vəziyyətdən isə “Nyukasl” yararlanmaq istəyir. "Sağanlar"ın baş məşqçisi Eddi Haunun futbolçu ilə maraqlandığı bildirilir.
Skott Maktominey "Mançester Yunayted"in məzunudur. O, bu mövsüm Premyer Liqada 13 oyun keçirib. 26 yaşlı yarımmüdafiəçi sonuncu dəfə oktyabrda keçirilən çempionat matçlarında “qırmızı şeytanlar”ın start "11-liy"ində meydana çıxıb.
Mirağa