MY "Atletiko Madrid"in rəsmi təklifini geri çevirdi - SON DURUM

MY "Atletiko Madrid"in rəsmi təklifini geri çevirdi - SON DURUM

"Mançester Yunayted" "Atletiko Madrid"in Kriştianu Ronaldu ilə bağlı rəsmi təklifini geri çevirib.

Fanat.Az xəbər verir ki, informasiyanı AS nəşri yayıb.

Xəbərə görə, İspaniya klubunun idarəçiləri portuqaliyalı superulduzu Antuan Qrizmannla dəyişməyə hazır olduqlarını bəyan etsələr də, MY bossları bu varianta razılaşmayıb.

Daha öncə Ronaldunun Çempionlar Liqasında iştirak hüququ qazana bilməyən "qırmızı şeytanlar"la olan müqaviləsini vaxtından əvvəl pozmaq istədiyi barədə məlumatlar yayılıb. "7 nömrə"nin MY ilə anlaşmasının müddəti 2023-cü ilin yayına qədərdir. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər