Mutu Qəbələ toplanışını dəyərləndirdi

Mutu Qəbələ toplanışını dəyərləndirdi

"Neftçi"nin baş məşqçisi Adrian Mutu komandasının Qəbələdəki təlim-məşq toplanışını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, rumıniyalı mütəxəssis klubun televiziyasına açıqlamasında hazırlıqdan razı qaldığını bildirib:

"Burdakı yaxşı şəraitə, meydançalara görə məhz Qəbələni seçməli olduq. Qarşımızda iki məqsəd var idi: həm fiziki, həm də taktiki cəhətdən işləməli idik. Düşünürəm ki, bu 5 gün ərzində oyunçular tapşırıqlarımı yerinə yetirə bildilər və istədiklərimi onlardan ala bildim. İntensiv məşqlər olurdu. Gündə iki dəfə məşq edirdik. Komanda çox yaxşı hazırlaşdı".

Qeyd edək ki, "Neftçi"nin Misli Premyer Liqasında növbəti oyunu səfərdə "Araz-Naxçıvan"a qarşı olacaq. Sentyabrın 16-da keçiriləcək 6-cı turun oyunu saat 18:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər