"Qarabağ"la yollarını ayıran daha Murad Səttarlıya daha bir müştəri çıxıb. Fanat.az-ın əldə etdiyi məlumata görə, gənc hücumçunun xidmətində "Sumqayıt" maraqlıdı.
Qeyd edək ki, Muradın ötən mövsüm icarə əsasında çıxış etdiyi "Simurq"a keçəcəyi deyilir. Lakin "Sumqayıt" da onu transfer etmək istəyir. Bu səbəbdən futbolçu hələ yekun qərarını verməyib.
Qeyd edək ki, Səttarlı 2011/12 mövsümündə "Sumqayıt"a (13 oyun, 1 qol), ötən mövsüm "Simurq"a (33 oyun, 2 qol) icarəyə verilib.
Fanat.az