Bu gün İtaliya A Seriyasının 17-ci turunun oyunları davaç edir.
Fanat.Az proqnoz vermək üçün "Udineze" - "Milan" matçını seçib.
Matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Udineze
“Udineze” çempionata uğurlu start vermiş, ilk üç görüşdə yeddi xal toplamışdılar. Lakin "zebralar" ilk dövrənin yükünü daşıya bilmədilər. Luka Gottinin komandasının uğursuz seriya sürdürür. Hazırda "Udineze" aktivində 16 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb və B Seriyası zonasını 6 xal qabaqlayır.
"Udineze" son qələbəsini 12-ci turda "Sassuolo" üzərində qazanıb - 3:2.
Milan
"Milan" mövsümə güclü başlayıb və yüksək yerlər üçün mübarizə aparmağa hazır olduğunu sübut edir. Düzdür, Stefano Piolinin komandası bir neçə kobud səhvə yol verib, lakin rəqiblərinin də səvləri “rossonerlər”ə turnir cədvəlin birinci pilləsində qalmağa şərait yaradıb. Bununla belə, komandanın elə də ciddi üstünlüyü yoxdur - ikinci sıradakı “İnter”dən cəmi bir xal irəlidədir.
3-4-cü sıralarda olan "Napoli" və "Atalanta" ilə də xal fərqi azdır. Bu səbəbdən də "Milan"ın xal itirməsi son dərəcə təhlükəlidir. Son turda "Salernitana" üzərində 2:0 hesablı qələbə Milan üçün ardıcıl ikinci olub. Çempionlar Liqasındakı uğurunu davam etdirə bilməyən və ümumiyyətlə avrokuboklardan kənarda qalan "Milan" bütün fikrini A Seriyasına yönəldə bilər.
Komandalar arasında keçirilən son 5 görüş:
Milan - Udineze 1:1 Udineze - Milan 1:2 Milan - Udineze 3:2 Udineze - Milan 1:0 Milan - Udineze 1:1
Proqnoz:
“Udineze” heç də yaxşı formada deyil - son 13 turda "zebralar" cəmi bir qələbə qazanıb. "Milan" ciddi kadr itkiləri yaşayıb və bu həftə Çempionlar Liqasında çox enerji sərf edib. Lakin bu gün onlar yalnız qələbə üçün oynayacaqlar. Turnirdəki vəziyyət “rossonerlər”i maksimum nəticə əldə etməyə məcbur edir. Münəccimin fikrincə, qonaqlar “Udineze”nin hazırda çox zəif olduğu üçün məqsədlərinə çata bilərlər.
İlk proqnoz sadə və əlverişli əmsalla olacaq. Qonaq komanda "Milan"ın qələbəsi (2). Xarici bukmeker kontorları bu variantı 1.97 əmsalla qiymətləndirir.
Milan son turlarda çox möhkəm görünür və lazım olan xalları götürə bilib. Son iki oyunda 5 cavabsız top vuran "qırmızı - qaralar" son 4 oyuna 9 qol buraxan "Udineze" üzərində ən azı 1-2 top fərqi ilə qələbə qazana bilər.
Münəccimin ikinci proqnozu xarici bukmekerlər tərəfindən 3.52 əmsalla qiymətləndirilir - "Milan"ın bir top fərqi ilə qələbəsi.
Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.
Emin Şəmsiyev