Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 2-ci tura yekun vurulub. Fanat.Az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması Finlandiya ilə qarşılaşıb. Qarşılaşma şahmatçılarımızın üstünlüyü ilə keçib. Komandamız dünən olduğu kimi, 3,5:0,5 hesabı ilə qalib gəlib. Qadınlardan ibarət yığma isə Avstraliya ilə üz-üzə gəlib. Təmsilçilərimiz 2 lövhədə qələbə qazanıb, 2 lövhədə heç-heçə qeydə alınıb. İki turdan sonra komandalarımız iki qələbə ilə 4 xalla liderlər qrupunda yer alıblar. 45-ci Şahmat Olimpiadası II Tur, 12 sentyabr Kişilər Finlandiya – Azərbaycan - 0,5:3,5 Toyvo Keynanen– Aydın Süleymanlı - 0,5:0,5 Vilka Spila – Nicat Abasov - 0:1 Mikael Aqopov – Rauf Məmmədov - 0:1 Henri Ladelma – Məhəmməd Muradlı - 0:1 Qadınlar Avstraliya – Azərbaycan - 1:3 Yuliya Rıjanova – Günay Məmmədzadə - 0:1 Jilin Janq – Gövhər Beydullayeva - 0,5:0,5 Tu Nquen – Xanım Balacayeva - 0:1 Jiayan Şen – Gülnar Məmmədova - 0,5:0,5 Qeyd edək ki, kişilərdən ibarət millimiz ilk turda İordaniyaya 3,5:0,5 hesabı ilə qəlib gəlib. Qadınlardan ibarət yığmamız isə Nikaraquaya heç bir şans verməyib - 4:0.
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri qalib gəldilər
TREND
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Oxşar xəbərlər
Şahmat
15:39
27.09.2026
Mahir Məmmədov 3-cü dəfə FIDE-nin vitse-prezidenti seçildi
Şahmat
13:07
27.09.2026
Ümumdünya Şahmat Olimpiadası: Bu gün Azərbaycan milliləri son görüşlərini keçirəcək
Şahmat
22:12
26.09.2026
Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti görüşlərini keçirib
Şahmat
11:44
26.09.2026
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Bolqarıstan və Sloveniyaya qarşı