Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcək. Fanat.Az xəbər verir ki, kişilərdən ibarət yığma II turda Finlandiya ilə qarşılaşacaq. Qadınlardan ibarət millimiz isə Avstraliyanı sınağa çəkəcək. Qeyd edək ki, ilk turda kişilərdən ibarət yığmamız İordaniyanı 3,5:0,5 hesabı ilə üstələyib. Qadınlardan ibarət komandamız isə Nikaraquanı məğlub edib - 4:0. Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar. Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Finlandiya və Avstriyaya qarşı
TREND
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Oxşar xəbərlər
Şahmat
15:39
27.09.2026
Mahir Məmmədov 3-cü dəfə FIDE-nin vitse-prezidenti seçildi
Şahmat
13:07
27.09.2026
Ümumdünya Şahmat Olimpiadası: Bu gün Azərbaycan milliləri son görüşlərini keçirəcək
Şahmat
22:12
26.09.2026
Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti görüşlərini keçirib
Şahmat
11:44
26.09.2026
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Bolqarıstan və Sloveniyaya qarşı