"Çelsi"nin baş məşqçisi Entso Mareska ukraynalı vinger Mixail Mudrikin komandadakı aqibətinin necə olacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, BBC onun sözlərini belə çatdırıb:
"Əminəm ki, Mixail zamanla daha çox qol vuracaq. Onun komandamız üçün daha vacib futbolçu olacağına inanıram".
Qeyd edək ki, cari mövsüm "Çelsi" forması ilə bütün turnirlərdə 8 matça çıxan Mudrik 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat